Yeni Azərbaycan Partiyası ?Heydər Əliyev və inkizafın Azərbaycan modeli? mövzusunda konfrans keçirib

img

08-05-2010 [01:49]


Mayın 8-də ?Gülüstan? sarayında Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının Ümummilli Lideri, YAP ? ın yaradıcısı Heydər Əliyevin anadan olmasının 87 ? ci ildönümünə həsr edilmiş ?Heydər Əliyev və inkişafın Azərbaycan modeli? mövzusunda konfrans keçirib. Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər. Konfransı giriş sözü ilə açan YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Ümummilli Lider Heydər Əliyevin xalqımız üçün əvəzolunmaz xidmətlərindən danışaraq müstəqil Azərbaycan dövlətinin inkişaf və tərəqqisinin Ulu Öndərimizin adı ilə bağlı olduğunu vurğulayıb. Əli Əhmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün özünün müsbət nəticələrini verməkdədir. Ölkəmizin sürətlə inkişaf etdiyini deyən YAP Sədrinin müavini qeyd edib ki, artıq dünyaya Azərbaycanın inkişaf modeli təqdim olunur. ?Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünün möhtəşəm iqtisadi inkişafı həm Onun həyat və fəaliyyətini araşdıranlar, həm də ölkə tarixinin müvafiq dövrünün tədqiqatçıları tərəfindən ətraflı işıqlandırılıb. Qısa zaman kəsiyində inanılmaz iqtisadi sıçrayışın tam mənzərəsi yaradılıb. Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti dövrünün uğurları əsasən Azərbaycanın sürətli inkişafı kimi təqdim edilir. Bununla yanaşı, Azərbaycan həm də, sürətlə dəyişir, yeniləşirdi, iqtisadiyyatın strukturu fərqli parametrlər kəsb edirdi? deyə o, vurğulayıb. Əli Əhmədovun sözlərinə görə, Azərbaycanın müasir iqtisadiyyatının yaradılması sahəsində ilk və ciddi səylər Heydər Əliyev tərəfindən hakimiyyətinin birinci dövründə edilib. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən YAP Sədrinin müavini bildirib ki, həyata keçirilən siyasət dövlətimizin daha da güclənməsinə xidmət edir. ?Beləliklə, Azərbaycanın inkişaf modeli qərarlaşıb və fəaliyyətdədir. Hədəflər isə seçilib. Qarşıda qüdrətli, zəngin, güclü Azərbaycan yaradılması vəzifəsi dayanır? deyə o, vurğulayıb. YAP İdarə Heyətinin üzvü, təhsil naziri Misir Mərdanov konfransda ?İnkişafın Azərbaycan modeli və təhsilimiz? mövzusunda məruzə edib. M.Mərdanov təhsil sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib. Nazir bildirib ki, təhsilin inkişafı dövlətimiz tərəfindən prioritet istiqamətlərdən biri kimi qəbul olunur. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ?Yeni inkişaf mərhələsində? mövzusunda çıxış edib. Ölkə Prezidenti tərəfindən ötən il Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatmasının bəyan edildiyini xatırladan A.Rəhimzadə bildirib ki, dövlət başçısının son 15 ilin sosial-iqtisadi inkişafına məntiqi yekun vuran bu bəyanatı ölkəmizin irəliləyişində yeni mərhələnin başlandığını nümayiş etdirir. Bu irəliləyiş təkcə ölkənin iqtisadi qüdrətinin artması ilə deyil, həm də keyfiyyətcə yeni hədəflərin müəyyənləşdirilməsi, daha mürəkkəb vəzifələrin yerinə yetirilməsi ilə bağlı olacaq. ?Azərbaycanda keçid dövrünün başa çatması və milli iqtisadi inkişaf modelinin formalaşması? mövzusunda məruzə edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev bildirib ki, hazırda dünyada müxtəlif bazar iqtisadiyyatı modellərinə əsaslanan sistemlər mövcuddur. Onun sözlərinə görə, yeni müstəqillik əldə etmiş ölkəmiz özünəməxsus milli iqtisadi inkişaf modeli formalaşdırıb. Komitə sədri qeyd edib ki, Azərbaycan 2003-cü ildən sonrakı qısa müddət ərzində öz iqtisadiyyatının həcmini üç dəfədən də çox artırıb. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov ?Sosial müdafiənin Azərbaycan modeli? mövzusunda çıxış edib. S.Müslümov bildirib ki, hakimiyyətə gəldiyi ilk günlərdən Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi kimi təyin olunub. onun sözlərinə görə, respublikamızın həyatının bütün sahələrində olduğu kimi sosial sahədə də Ümummilli liderimizin müəyyənləşdirdiyi prinsiplər uğurla reallaşdırılıb. Konfrans plenar iclasdan sonra ?Heydər Əliyev yolu ? milli inkişaf strategiyası?, ?İnkişafın Azərbaycan modeli: başlıca xüsusiyyətlər və meyllər? və ?Azərbaycan yeni mərhələdə: uğurlu nəticələr və perspektivlər? mövzusunda bölmə iclaslarında öz işini davam etdirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA