AMiP hakimiyyətdən siyasi rəqiblərinə qarzı məhkəmələrdən alət kimi istifadədən əl çəkməsini tələb edir

img

06-05-2010 [06:15]


?5 may 2010-cu ildə Xətai rayon məhkəməsinin hakimi İlqar Qaralov qabaqcadan öyrədilmiş şəxs tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı qaldırılan iddianı təmin edərək icra müqaviləsi əsasında AMİP Binəqədi Rayon Təşkilatının Naxçıvani küçəsi, ev 39 ?A? ünvanında yerləşən qərargahından çıxarılması barədə qərar verib?. Bu fikirlər AMİP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda yer alıb. Bəyanatda qeyd olunur ki, qaldırılan qondarma iddianın mahiyyətindən aydın olur ki, məqsəd partiyanın seçkiöncəsi fəaliyyətini daha da məhdudlaşdırmaq, ölkədəki ictimai-siyasi proseslərdən təcrid etməkdir: ?İddiada heç bir əsasa söykənmədən göstərilən xüsusatlar, hakim İlqar Qaralovun sədrliyi ilə keçirilən məhkəmə prosesinin gedişi və çıxarılan qərar hakimiyyətin demokratik təsisatlara növbəti hücuma başlaması anlamını verir. Məhkəmə çəkişməsi zamanı iddiaçını AMİP-lə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış müqavilənin ləğv edilməsinin gərəkliyi barədə konkret fakt və sübutlar ortaya qoya bilməməsinə baxmayaraq, mövcud qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla hakim əslində iqtidarın siyasi sifarişini yerinə yetirmiş oldu. Eyni zamanda bu bir daha sübut etdi ki, bəzi yüksək rütbəli dövlət məmurlarının müxalifəti hədəf seçməsi və hədələyici bəyanatlar verməsi heç də təsadufi deyil. Ölkədə siyasi institutların sıxışdırılması, fikir pluralizminin boğulması, azad rəqabətin qarşısının alınması istiqamətində siyasət yürüdülməkdədir?. Azərbaycan Milli İstiqlal Partiyası Xətai rayon məhkəməsi tərəfindən çıxarılan bu qərarın ədalətsiz, qərəzli, qeyri-qanuni olduğunu bəyan edir və partiya bunu özünə növbəti təzyiq kimi dəyərləndirir. AMİP hakimiyyətindən öz çirkin niyyətlərini gerçəkləşdirmək üçün məhkəmələrdən alət kimi istifadədən əl çəkməsini, siyasi rəqiblərinə qarşı qeyri-sivil mübarizə üsullarına son qoymasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA