18-10-2016 [14:05]
Dələduzluqda suçlanan veteran futbolçu Maşallah Əhmədov oktyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib. Məhkəmə prosesi açıq olsa da, iclasda jurnalistlərin iştirakına imkan verilməyib.
Bu iş üzrə hazırlıq iclasında hakimlər Maşallah Əhmədovun jurnalistlərin iştirakına etiraz etdiyini əsas gətirib, media nümayəndələrini prosesə buraxmamışdı.
Bu dəfə isə Mirzə Xankişiyevin sədrlik etdiyi hakimlər kollegiyası jurnalistlərdən xidməti vəsiqə ilə yanaşı, «redaksiya tapşırığı» da tələb edib və bunu bəhanə gətirib media nümayəndələrini prosesə buraxmayıblar.
AzadlıqRadiosunun əldə etdiyi bilgiyə görə, məhkəmə iclasında ittiham aktı elan olunub.
İttihama görə, «Neftçi»nin keçmiş futbolçusu bizneslə məşğul olub. O, Bakıda bir neçə nəfərə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. Amma Maşallah Əhmədov ittiham üzrə özünü təqsirli bilməyib.
İş üzrə zərərçəkmiş kimi tanınan şəxslər isə Maşallah Əhmədovdan şikayətçi olublar.
Bugünkü məhkəmə iclasında iki zərərçəkmiş – Sərxan Hüseynov və Yusif Əzizov ifadə verib.
Sərxan Hüseynov məhkəmədə ifadəsində deyib ki, Maşallah Əhmədova 15 min dollar verib: «Həmin pulu bankdan götürmüşdüm. Banka geri qaytara bilmədiyim üçün həbs də olundum. Bir müddət həbsdə yatdım. Pulumu hələ də ala bilmirəm. Həmin vaxt Maşallah Əhmədov İrana qaçmışdı».
Digər zərərçəkmiş Yusif Əzizov isə qocaman futbolçunun onun 250 min manatını alıb geri qaytarmadığını bildirib.
Məhkəmə prosesi oktyabrın 25-də davam edəcək.
Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində ilkin istintaq müddəti üçün üç aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan məhkəmə qətimkan tədbirini dəyişib və həbs ev dustaqlığı ilə əvəzlənib.
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR