"Kafeyə gedib yemək yedik, yadımda deyil ki, nə danışdıq" - Sabiq rəisin həyat yoldaşının məhkəməsi

img

17-10-2016 [14:06]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid İlhamə Əhmədova ifadəsində deyib ki, o, kiminsə Leyla Əkbərovaya pul verməsini görməyib:

"İstintaqa verdiyim ifadəni təsdiq edirəm. Anara xanımla qonşu olmuşuq. Leyla xanım məni çağırıb dedi ki, hardasa işim var, bir yerdə getdik, ama mən içəri girmədim. Hansısa rayonun "Sobez"i idi. Anara ilə Leyla özü küncdə danışırdılar, mənim məsələdən xəbərim olmurdu. Sonra da Anara və Leyla ilə birlikdə kafeyə gedib yemək yedik, yadımda deyil ki, nə danışdıq".

Anara Məmmədova deyib ki, İ.Əhmədova özünü "Sobez" işçisi kimi təqdim edib. O da bunu təsdiqləyib və orada əlillərə qulluq etdiyini deyib.

Məhkəmə prosesi oktyabrın 26-də davam etdiriləcək.

Qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA