Cahangir Hacıyev və həbs olunanlara hökm oxundu - Qərar

img

14-10-2016 [14:11]


"Beynəlxalq Bank işi"nə görə həbs edilənlərə hökm oxunub.

Elan olunan qərara əsasən, təqsirləndirilən şəxslərə bu hökmlər oxunub: Cahangir Hacıyev 15 il, Bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abduallayev 6 il 5 ay.

"İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov 8 il, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov 8 il 6 ay, Bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov 7 il  23 gün (ev dustaqlığında idi).

Bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov  7 il  6 ay (ev dustaqlığında idi), Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov 10 il 11 ay (ev dustaqlığında idi) məhkəmə zalında həbs olundu;

Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov 7 il 6 ay (ev dustaqlığında idi).

Musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA