Bakıda polis özünü güllələdi

img

13-10-2016 [16:49]


Bakıda polis ehtiyatsızlıqdan xidməti tapançasından açılan atəş nəticəsində yaralanıb.

Mia.az report-a istinadən bildirir ki, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Maqsud Mehdiyev xidməti tapançasından açılan atəş nəticəsində sağ ayağından xəsarət alıb.

Yaralı 1 saylı Şəhər Tibbi Kliniki Mərkəzə yerləşdirilib. M.Mehdiyev ayaq nahiyəsindən əməliyyat olunub. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, M.Mehdiyev Bakıdakı polis idarələrindən birində çalışır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA