Futbolçu Cavid Hüseynov azadlığa buraxıldı - Məhkəmə qərarı (FOTO)

img

12-10-2016 [16:59]


Mərhum jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən "Qəbələ" futbol klubunun sabiq futbolçusu Cavid Hüseynov azadlığa buraxılıb.

Mia.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat verib.

Vəkil deyib ki, bu gün Bakı Apelyasiya Məhkəməsində Cavid Hüseynov barəsində çıxarılan hökmdən apelyasiya şikayətinə baxılıb və o, azadlığa buraxılıb: "Məhkəmənin qərarına görə, Cavid Hüseynovun həbsdə qaldığı 1 il 2 ay müddəti hesablanıb və o, cəzasının çəkilməmiş hissəsindən azad edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA