Əli Həsənov: ?Türkiyə ilə viza rejimi yaxın vaxtlarda ləğv ediləcək?

img

06-05-2010 [02:09]


Türkiyə ilə Azərbaycan arasında viza rejimi yaxın vaxtlarda ləğv ediləcək. Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyənin ?Cihan? agentliyinə müshaibəsində belə deyib. Prezident Administrasiyasının şöbə müdiri onu da bildirib ki, söhbət yalnız viza rejiminin ləğvindən yox, həm də hərbi-strateji əməkdaşlıqdan gedir: ?Əgər Ermənistanla Rusiya arasında hərbi-strateji əməkdaşlıq mövcuddursa, Azərbaycanla Türkiyə niyə əməkdaşlıq etməsin? Azərbaycan və Orta Asiya təbii qazının Türkiyə üzərindən və Türkiyə vasitəsilə Avropaya çatdırılmasını istəyir. Bu məsələlər müvafiq təşkilatlar tərəfindən müzakirə eidlir, gündəmdədir və bunların ən qısa zamanda həll ediləcəyinə inanıram?, deyə şöbə müdiri qeyd edib. Türkiyə və Azərbaycan arasındakı ticarət əlaqələrdən danışan Əli Həsənov deyib ki, ölkələr arasında ticarət dövriyyəsi potensial imkandan qat-qat azdır: ?Hazırda nə Türkiyə iş dünyasının ən önəmli təmsilçiləri Azərbaycana sərmayə qoyur, nə də Azərbaycanın xarici əlaqələrində Türkiyə birinci yeri tutur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA