Elmira Axundova ilə Fəzail Ağamalı Sankt-Peterburqda səfərə gedəcəklər

img

07-05-2010 [06:00]


Milli Məclisin deputatı Elmira Axundova Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün mayın 11-dən 18-dək Sankt-Peterburqda səfərdə olacaq. MM-in mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, səfər çərçivəsində ulu öndərə həsr olunmuş sərgi nümayiş etdiriləcək, Elmira Axundovanın müəllifi olduğu ?Heydər Əliyev: şəxsiyyət və zaman?, ?İslahatçı Prezident? çoxcildlik kitablarının təqdimat mərasimi keçiriləcək. Deputatımız tədbirlərdə ?Heydər Əliyev Naxçıvanın həyatında? adlı məruzə ilə çıxış edəcək, dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə toplantı iştirakçılarına ətraflı məlumat verəcək. Milli Məclisin deputatı Fəzail Ağamalı MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün mayın 12-dən 16-dək Sankt Peterburqda səfərdə olacaq. Tədbirdə Dövlət, onun subyektləri və bələdiyyə qurumları arasında əmlak bölgüsü prinsipləri, Məhsulların idxalı ilə bağlı model qanun layihələri müzakirə ediləcək, komissiyanın təşəbbüsü ilə qəbul edilmiş sənədlərin quruma üzv ölkələrin parlamentlərində istifadə edilməsi barədə fikir mübadiləsi aparılacaq. Səfər zamanı deputatımız Sankt-Peterburqda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş tədbirlərə qatılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA