Gəncədə xidməti vəzifəsini həyata keçirən yol polisini vurdular - Maşınla...

img

10-10-2016 [23:32]


Gəncədə xidməti vəzifəsini həyata keçirən yol polisi əməkdaşını avtomobil vurub.

 APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Samux avtomobil yolunda qeydə alınıb.

Xidmət zamanı Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inspektoru Şakir Həsənov "Mercedes” markalı avtomobil tərəfindən vurulub. Xəsarət alan yol polisi əməkdaşı xəstəxanaya yerləşdirilib. Qəzanı törədən şəxs saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA