AzTV-nin aparıcısının evini yardılar - Bakıda

img

10-10-2016 [14:33]


Bakıda jurnalistin evini yarıblar.

Evi yarılan jurnalist AzTV-də efirə gedən "Parlaq zəka” verilişinin aparıcısı və layihə rəhbəri Aydın Piriyevdir.

A.Piriyev dünən gecə saat 00:12-də sosial şəbəkə vasitəsilə bildirib ki, Yasamal rayonunda yerləşən evini naməlum şəxslər qarət edib:

"Evə gəldik, gördük ki, evi yarıblar. Ehtiyatlı olun, dostlar”-deyə yazıb.

Zərərçəkmiş jurnalist evindən qızıl-zinyət əşyaları, noutbuk və qol saatları oğurlandığını söyləyib .Oğrular mənzilə pəncərəni sındırıraq daxil olublar.

Jurnalist Aydın Piriyevin müraciəti əsasında faktla bağlı Yasamal Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA