Səslərin 83 faizi sayıldı, 2 partiya baryeri aşdı - ATƏT bəyanat verdi

img

09-10-2016 [17:59]


Gürcüstan Mərkəzi Seçki Komissiyası bu vaxta qədər 3 702 seçki məntəqəsində səslərin nəticələrini açıqlayıb.

Mia.az bildirir ki, bununla da səslərin 82,55 faizi sayılıb. 

Bu nəticələrə görə, "Gürcü arzusu” aprtiyası 49,26 faiz, "Milli Hərəkat” isə 26,46 faiz səs toplayıb.

Bu arada ATƏT Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini tanıdığını bəyan edib.

Mia.az bildirir ki, ATƏT DTİHB-in uzunmüddətli müşahidəçi missiyası bu gün keçirdiyi mətbuat konfransında bunu açıqlayıb. 

Missiya hesab edir ki, 8 oktyabrda keçirlən seçkilər rəqabətli şəkildə keçirilib və və yaxşı təşkil olunub:

"Bəzi zorakılıq faktları olsa da onlar seçkinin nəticələrini şübhə altına salmayıb”– deyə missiyanın rəhbəri Xose İqnasio Amor deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA