Dini ekstremizmlə məşğul olan qurumlar ləğv ediləcək - Məhkəmə qaydasında

img

12-10-2016 [14:36]


Azərbaycanda dini ekstremizmlə məşğul olan dini qurumlar məhkəmə qaydasında ləğv ediləcək.

Bu, bu gün Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə olunan "Dini etiqad azadlığı haqqında” qanuna əlavə edilməsi nəzərdə tutulan dəyişiklikdə əksini tapıb.

Hazırda dini mərkəz və idarələr dini qurumların dini ekstremizm fəaliyyəti ilə məşğul olması barədə məlumata malik olduqda həmin dini icmaların və təsisçilərinin dəyişdirilməsi və ya icmanın ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırır. Dəyişikliyə əsasən, bundan sonra dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan ediləcək.

Qanuna dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA