07-10-2016 [22:21]
"5 gündür ki, hazırlıqlara başlamışıq. Futbolçulardan razıyam. Əvvəlcə heyətdə zədəli futbolçular var idi və tam heyətlə hazırlıq keçə bilmirdik. Sonradan vəziyyət düzəldi. Bizi çətin oyun gözləyir. Norveç ilk görüşdə Almaniyaya uduzub. Komandama inanıram. Oyuna hazırıq və qələbə qazanmaq üçün hər şey edəcəyik".
Mia.az futbolxeber.az-a istinadən xəbər verir ki, bu sözləri milimizin baş məşqçisi Robert Prosineçki deyib.
Xorvat mütəxəssis Bakı Olimpiya Stadionunda Norveçlə oyunöncəsi mətbuat konfransı keçirib. Çıxışından sonra Prosineçki jurnalistlərin suallarını cavablandırıb:
-Klubunda hər oyuna çıxan Vaqif Cavadov millinin heyətində yoxdur…
– Ramil Şeydayev və Emil Mahmudov gənc futbolçulardır. Düşünürəm ki, onlar gələcək üçün vacib oyunçulardır. Üstəlik, onların mövqeyi Vaqif Cavadovla eyni deyil. Onun mövqeyində daha yaxşı formada olan futbolçular var. Futbolçular "Trabzonspor", "Boavişta" və "Sumqayıt"da oynayır. Düşünürəm ki, bu klublar arasında fərq böyükdür.
– Sabahkı oyun üçün start heyətini açıqlaya bilərsiniz?
– Bilirəm ki, bu hər kəsi maraqlandırır. Komanda son 5 gündə yaxşı məşq edib. Əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək. Üzümü futbol həvəskarlarına tuturam və onları stadiona dəvət edirəm. O qədər optimistəm ki, sabahdan Azərbaycanda futbola marağın qalxacağına və millinin oyunlarına biletin çətinliklə tapılacağına inanıram. Sabah oyuna bu heyətlə başlayacağıq: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Maksim Medvedev, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Ruslan Qurbanov, Dmitri Nazarov, Ağabala Ramazanov.
– Bədavi Hüseynovun start heyətində yer almaması zədəsinin tam sağalmadığını göstərir?
– Bədavi iki aya yaxın futboldan kənar qalıb. Son zamanlarda yalnız 2 görüşdə meydana çıxıb. Fikrimcə, o bu gün Norveçə qarşı oynayacaq formada deyil. Ümid edirəm ki, sabah heç kim zədə almayacaq. Maksim Medvedev mərkəz müdafiəçisi mövqeyində Bədavinin yerinə çıxış edəcək. İnanıram ki, heç bir problem olmayacaq.
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR