"İmkan versələr, həmsədrlərin aeroportda şalvarını soyunduraram" - Sərt açıqlama

img

06-10-2016 [17:34]


"ATƏT-in Minsk qrupu ermənilərin mənafeyini müdafiə edən bir qurumdur. Amma çox təəssüf ki, bəzi qüvvələr bu qurumun fikirlərinə aldana-aldana 23 ildir başımızın altına yastıq qoyurlar”.

Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O qeyd edib ki, ATƏT-in Minsk qrupu heç vaxt Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasına çalışmayıb və bundan sonra da çalışmayacaq: "Həmsədrlərin əksəriyyəti ermənipərəstdir. Onlar açıq şəkild erməniləri müdafiə edirlər. Gedirlər Ermənistanda yeyib-içib bir söz deyirlər, gəlirlər burada başqa söz. Bu qurumun üstündən xətt çəkmək lazımdır. ATƏT-in Minsk qrupununu formatı dəyişdirilməli və burada Türkiyə təmsil olunmalıdır”.

2014-12-16-17-11-05hafizn.jpg (960×640)

Partiya sədri deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana buraxılmamalıdır: ”Mənə imkan versələr, həmsədrlərin aeroportda şalvarlarını soyunduraram. Biz bundan sonra 23 il də gözləyə bilmərik ki, 4 nəfər "alkaş" Dağlıq Qarabağın taleyini həll edəcək. Ordumuzun gücü ilə işğaldakı torpaqlarımızı azad etməliyik. Bu qurumda təmsil olunan həmsədrlər ermənipərəst mövqedə olduqları üçün Azərbaycana buraxılmamalı və onlara "rədd ol!” komandası verilməlidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA