07-10-2016 [21:05]
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında müxtəlif mövzulara toxunub.
Mia.az xəbər verir ki, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, bunlardan 4-ü üzərində xüsusi dayanmağa ehtiyac var:
"- İqtisadi vəziyyət;
- Avropa İttifaqı ilə münasibətlər;
- Referendum;
- Dağlıq Qarabağ münaqişəsi;".
Politoloqun sözlərinə görə, İlham Əliyev birinci mövzu üzrə danışarkən Azərbaycanda iqtisadi islahatların uğurla həyata keçirildiyini konkret misallarla qeyd edib:
"Çıxışın əsas qayəsi bu idi ki, ətraf toz-duman içində olarkən, bölgədə qeyri-sabitlik var ikən Azərbaycanda davamlı sabitlik hökm sürür. Azərbaycan post-neft dövrünə qədəm qoysa da, iqtisadiyyyatda ciddi təlatümlər gözlənilmir.
Prezidentin "hesab edirəm ki, 2016-cı ildə nəticələr bütövlükdə yaxşıdır, biz yaxşı işləmişik. Son illər ərzində 2016-cı il ölkə iqtisadiyyatı üçün ən çətin, ağır ildir. Ancaq qeyd etdiyim kimi, biz yenə də inkişaf yolu ilə gedirik və gedəcəyik” fikri də bundan xəbər verir".
Elxan Şahinoğlunun sözlərinə görə, Prezident ənənəvi olaraq Avropa İttifaqının miqrant siyasətini tənqid edib:
"Dövlət başçısı Qərb ölkələrini Yaxşı Şərq ölkələrinə müdaxilədə günahlandıraraq indiki qeyri-sabitlyin səbəbkarı kimi də həmin dövlətlərə işarə vurdu. Qərb ölkələrində radikal partiyaların reytiqnlərinin artdığına da diqqəti çəkən İlham Əliyev sivilizasiyalararası qarşıdurmasının dərinləşəcəyini bildirdi. İlham Əliyevin çıxışının bu hissəsində səsləndirdiyi ritorik "biz hara inteqrasiya etməliyik”, "biz hansı Avropaya inteqrasiya etməliyik” sualları ondan xəbər verir ki, rəsmi Bakı Avropa ilə münasibətlərdə məsafəni qoruyacaq.
"Biz bu əməkdaşlığa meyilliyik. Amma biri var əməkdaşlıq, biri də var inteqrasiya” – deyən prezident Azərbaycanın Avropa İttifaqı ilə inteqrasiyaya yox, qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Buna misal olaraq Azərbaycan hökuməti ilə Avropa Komissiyası arasında tərəfdaşlıq formatının müəyyənləşməsi üzrə danışıqlarını göstərmək olar.
İlham Əliyev referendumun nəticələri haqqında danışarkən xalqın dəstəyini aldıqlarını dedi. Müşahidə aparan beynəlxalq qurumların, xüsusilə Avropa Şurası Parlament Assambleyasının nümayəndələrinin referenduma çox yüksək qiymət verdiyini xatırladan dövlət başçısı indiki siyasətə alternativin olmadığını, alternativ siyasətin ölkəni fəlakətə aparacağını bildirdi.
İlham Əliyevin Avropa Parlamenti ilə bağlı fikirləri isə iki hissədən ibarət idi.
Birinci hissədə dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Parlamentinin ədalətli mövqe nümayiş etdirdiyini dedi. Ancaq İlham Əliyev ötən il Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə görə rəsmi Bakının Avropa Parlamenti ilə münasibətləri dondurduğunu xatırlatdı. Buna baxmayaraq, İlham Əliyev Avropa Parlamentinin geri addım atdığını və Azərbaycanla dialoqu genişləndirməyi istədiyini bildirərək, bu çağırışa müsbət cavab verdiklərini dedi".
Prezident İlham Əliyevin ABŞ-ın dövlət katibi Con Kerrinin adını çəkmədən onun "hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” fikrini tənqid etməsinə gəlincə, politoloq deyir ki, bu çıxışda Qarabağ danışıqlar haqqında vacib detala da toxunulub. Belə ki, dövlət başçısı "Bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin”, - deyərək, ABŞ tərəfindən təzyiqlə üzləşdiklərinə işarə vurub:
"Ancaq İlham Əliyev Qarabağla bağlı çıxışının bir hissəsində ad çəkmədən Rusiyadan da narazı qaldığını bildirdi.
"Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi” – dedi İlham Əliyev. Bu cümlədə ən çox Rusiyaya "pay” düşür. Çünki, Ermənistana silah və pul verən əsas ölkə məhz Rusiyadır. İlham Əliyevin çıxışının bu hissəsində son sözü bu oldu ki, təzyiqlərə rəğmən, Azərbaycan Qarabağ məsələsində heç bir güzəştə getməyəcək".
F.ƏHMƏD
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO