05-10-2016 [14:57]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İ.Hüseynovun vəkil Azər Tağıyev müdafiə çıxışı edib.
O, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamların əsassız olduğunu, məhkəmə istintaqı zamanı kobub prosessual pozuntuarla keçirildiyini deyib: "Müdafiə tərəflərinin çoxsaylı müraciətlərinə, vəsatətlərinə baxmayaraq, məhkəmə prosesləri sürətli şəkildə aparılır. Bu da məhkəmə prosesinin qanunsuzluqlara müşahidə olunması deməkdir. Müvəkkilim vəzifəli şəxs olmayıb və onun Beynəlxalq Bankla heç bir bağlılığı olmayıb."
Vəkil ittiham aktında qeyd edilən kreditlərin bir hissəsinin qaytarıldığını və təqsirləndirilən şəxslərin mənimsəmə niyyətlərinin olmadığını bildirib.
A.Tağıyev müvvəkkilinin əvvəllər keçmiş MTN əməkdaşı olduğununa görə, onun azyaşlı övladlarının olmasını, dövlətə xidmətlərinin nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Daha sonra dövlət ittihamçısı Fərid Nağıyev replika hüququndan istifadə edib.
O, təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışına münasibət bildirib. Prokuror cinayət işinin materiallarında C.Hacıyevin ailə üzvlərinin xarici ölkələrdə, otellərə, bahalı mağazalara, sağlamlıq mərkəzlərində kartlar vasitəsi ilə ödənişlər etməsi ilə bağlı konkret faktların olduğunu qeyd edib: "Cahngir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva heç bir biznes planı təqdim etmədiyi halda, ona külli miqdarda kreditlər ayrılıb. Ancaq başqalarına bu şəkildə kreditlərin ayrılması mümkün deyil".
Vəkil Fəxrəddin Mehdiyev C.Hacıyevin ailə üzvlərinin adına ayrılmış pullar haqda da deyilənlərə cavab verib. O, həmin pulların bankdan ayrılan kreditlər əsasında onlara verilməsini sübut edən heç bir fakt olmadığını vurğulayıb.
Prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış edib. K.Orucov, A.Sultanov, M.Cahangirov, Y.Ələkbərov, İ.Abdullayev çıxışlarında özlərini təqsirli bilmədiklərini, ittihamlarla razı olmadıqlarını deyiblər. Həmin şəxslər kredir komitəsinin qərarlarını və rəhbərliyin göstərişlərini icra etdiklərini bildiriblər və ayrılan kreditlərin hara xərclənməsindən xəbərsiz olduqlarını vurğulayıblar.
Təqsirləndirilən A.Cavadov vəkilinin çıxışını müdafiə etdiyini bildirib. Digər təqsirləndirilən C.Hacıyev və İ.Hüseynov isə son söz üçün məhkəmədən bir həftə vaxt istəyiblər.
Məhkəmənin növbəti prosesi oktyabrın 10-na təyin edilib(Report).
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında C.Hacıyevin 17 il, A.Sultanov, İ.Abdullayev, M.Cahangirov, K.Orucovun hər birinin 8 il, İ.Hüseynovla Y.Ələkbərova 11 il və A.Cavadova isə 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin, dövlət ittihamçısı təqsirləndirilən şəxslərinin hər birinin 3 il dövlət və yerli orqanlarda rəhbər vəzifə tutmaqdan məhrum edilməsini tələb edib. Beynəlxalq Bankın nümayəndəsi çıxışında banka dəyən ziyanın tam ödənilməsini istəyib.
Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev və digər 7 şəxsin – Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security” MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
C.Hacıyev, İ.Abdullayev, Y.Ələkbərov və İ.Hüseynov barələrində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər hazırda həbsdədirlər. Digər 4 nəfər isə zamindədir.
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR