?Eurovision 2010?un məzq və mətbuat təqvimi açıqlanıb

img

04-05-2010 [04:12]


Mayın üçüncü ongünlüyündə Norveçin paytaxtı Osloda keçiriləcək Eurovision Mahnı Müsabiqəsinə hazırlıq davam edir. Artıq müsabiqənin bütün iştirakçıları, onların ifa edəcəyi mahnılar müəyyənləşib. İştirakçı 39 ölkənin nümayəndələri səhnə çıxışları üzərində məşq edir. Avropa Yayımları Birliyi ?Eurovision 2010?un məşq və mətbuat təqvimini açıqlayıb. Müstəqil İnformasiya Agentliyi İTV-ın rəsmi saytına istinadən məlumatına görə, təqvim aşağıdakı kimidir: 15 may - Mətbuat Mərkəzinin və Akkreditasiya Mərkəzinin açılışı (?Telenor Arena?); 16 may - Jurnalistlərə açıq məşqlərin başlanması (?Telenor Arena?); 23 may - Jurnalistlərə açıq məşqlərin son günü, qəbulun başlanması (Oslo Bələdiyyə Binası); 24 may - Kostyumlu məşqlərin başlanması; 25 may - ?Eurovision 2010? yarışmasının birinci yarımfinal mərhələsi - ilk 10-luğa düşən ölkənin mətbuat konfransı; 27 may - ?Eurovision 2010?un ikinci yarımfinal mərhələsi - ilk 10-luğa düşən ölkənin mətbuat konfransı; 29 may - ?Eurovision 2010?un final mərhələsi - birinci yeri tutan ölkənin mətbuat konfransı; 30 may - Mətbuat Mərkəzinin bağlanışı. Bu il başqa dəyişikliklər də olacaq. Əvvəlki illərdə hər iki məşqdən (kostyumsuz və kostyumlu) sonra hər ölkənin nümayəndə heyəti mətbuat konfransı keçirməyə borclu idi. Bu məcburiyyət artıq yoxdur. 2010-cu ildən nümayəndə heyətləri birinci (kostyumsuz) məşqdən sonra mətbuat konfransı keçirməyə də bilərlər. Xatırladaq ki, Azərbaycanı ? Eurovision 2010?da təmsil edəcək Səfurə Əlizadə hazırda Avropa ölkələrinə promo-tur keçirir. Səfurə Əlizadə promo-tur çərçivəsində Almaniya, Niderland, Yunanıstan, İsveçrə, Belçika, Polşa və Rusiyaya səfərlər edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA