İş adamı villasında özünü güllələdi - Bakıda dəhşətli hadisə

img

04-10-2016 [10:55]


Bakıda intihar hadisəsi baş verib.

Mia.az-ın Lent.az-a istinadən məlumatına görə, Bakıxanov qəsəbəsində 1956-cı il təvəllüdlü Zəlimxan Bünyatov yaşadığı villada özünü güllələyib. O, hadisə yerindəcə keçinib.

Bildirilir ki, hadisə baş verərkən Z.Bünyatovun ailə üzvləri evdə olub. O, "Vinçester" markalı tüfəngi götürərək hamam otağına keçib və burada özünə atəş açıb. Səsə gələn ailə üzvləri 50 yaşlı kişinin həyatını xilas edə bilməyib.

Digər məlumata görə, intihar edən şəxs biznesmen olub və tikinti şirkətinə rəhbərlik edirmiş.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA