Bakıda zavodda yanğın - 4 nəfər yaralandı

img

03-10-2016 [17:46]


Bir neçə gün öncə Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən "Baku Steel Company” Zavodunda istehsalat qəzası baş verib.

Alov püskürməsi nəticəsində orada çalışan 4 nəfər yanıq xəsarətləri alıb. Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur. Yaralananlar 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsindən Lent.az-a bildirilib ki, istehsalat qəzası zamanı xəsarət alan 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov hazırda reanimasiyadadır, vəziyyətləri çox ağır qiymətləndirilir.

Digər yaralı 1987-ci il təvəllüdlü Rəşad Veyisova isə ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Xəstəxanadan bildirilib ki, hadisə sentyabrın 29-da baş verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA