Ağstafada faciəvi hadisə - Döyüş sursatı partladı, iki əlindən oldu

img

01-10-2016 [15:04]


Ağstafa rayon sakini döyüş sursatının partlaması nəticəsində ağır yaralanıb. 

Mia.az-ın apa-ya istinadən xəbərinə görə, hadisə rayonun Saloğlu kəndində qeydə alınıb. Kənd sakini 1974-cü il təvəllüdlü Yaşar Mustafayev hərbi sursatı əlinə alıb və bu zaman partlayış baş verib. Xəsarətlə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Y. Mustafayevin hər iki əli amputasiya olunub. İlkin məlumata görə, hadisə kənd ərazində hərbi sursatlar yığılan ərazidə baş verib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA