Dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı - Azadlığa buraxıldı

img

30-09-2016 [14:23]


Bu gün Səbail rayon məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı Ceyhun Cəfərovun barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdiyilməsi haqda Dövlət Təhlükəsizliyi Xidmətinin verdiyi təqdimata baxılıb.

C.Cəfərovun vəkili Cavad Cavadov bildirib ki, məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına verilmə qərarı seçilib və C.Cəfərov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, C.Cəfərov 1 il 7 ay öncə həbs edilib, ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq araşdırması davam etdirilir.
qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA