Müsavat mayın 21-də növbəti etiraz aksiyası keçirməyə qərar verib

img

03-05-2010 [06:55]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, yığıncağın əvvəlində Məclisin ötən gün keçirilmiş toplantısı haqqında fikir mübadiləsi aparılıb. Səslənmiş təkliflərin dəyərləndirilməsi və qəbul edilmiş qərarların yerinə yetirilməsi üçün konkret tapşırıqlar verilib. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə kütləvi aksiyalar əsas müzakirə olunan məsələ olub. İlkin razılaşmaya görə, mayın 21-də mitinq keçirilməsi qət edilib. Eyni zamanda birgə kütləvi aksiyalar keçirməsi yönündə digər müxalifət partiyaları, ilk növbədə DUİ ilə məsləhətləşmələrin davam etdirilməsi qərara alınıb. Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror hadisəsinin ildönüm ilə bağlı gənclərin keçirdikləri aksiyanın zorakılıqla dağıdılmasına kəskin etiraz edilib və həbsdə olan müsavatçı və ADP-çi gənclərin dərhal azad olunması tələb edilib. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA