Bələdiyyələrin Milli Məclisdə hesabatı haqqında qanun layihəsi hazırlanır

img

07-05-2010 [02:43]


Bələdiyyələrin Milli Məclis qarşısında hesabat verməsi ilə bağlı qanun layihəsi hazırlanması üzrə iş davam etdirilir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə YAP-ın rəsmi saytına Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib. A.Rəhimzadə bildirib ki, ötən ilin mart ayında keçirilmiş referendum nəticəsində Konstitusiyaya yerli özünü idarəetmə orqanlarının parlament qarşısında hesabat verməsinə dair bənd əlavə olunub. Onun sözlərinə görə, hazırlanan qanun layihəsində bu hesabatın verilməsinin mexanizmləri, qaydaları əks olunacaq. Komitə sədri qeyd edib ki, sənədin hazırlanması prosesi tezliklə yekunlaşsa, Milli Məclisin yaz sessiyasının müzakirəsinə çıxarıla bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA