29-09-2016 [17:05]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi olmuş Fətullah Seyidov və keçmiş baş mühasibi Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası baş tutub.
Dövlət ittihamçısı ittiham aktını elan edib. Bildirilib ki, adıçəkilən şəxslər dövlət büdcəsini 752 min manat mənimsəməkdə, tenderlərdə qanunsuz yollarla öz yaxın adamlarının şirkətlərini qalib etməklə vəzifə saxtakarlığı etməkdə ittiham edilirlər.
Təqsirləndirilən şəxslərin hər ikisi özünü qismən təqsirli bildiyini deyib.
Vəkillər müdafiə etdikləri şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatət veriblər. Hakim vəsatətin təmin edilmədiyini bildirib.
F.Seyidov sərbəst ifadə verərək deyib ki, müvafiq olaraq yuxarı instansiyadan aldığı əmrə uyğun olaraq işləyib: "İttihamda yazılan qədər pul mənimsəməmişəm, amma atamdan qalan mirasları satıb, bunu ödəmişəm. Mən, ürək xəstəsiyəm".
R.Məmmədov sərbəst ifadəsində tenderlərdə qalib gələn şirkətlərin kimə məxsus olduğunu bilmədiyini deyib:
"Bizim qovşağın xüsusi bank hesabı olsa da, oradan özümüz pul çıxara bilmirdik. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəsmi məktubla icazə alırdıq.
Sadəcə rəhbərliyin göstərişi ilə saxta sənədlərə qol çəkmişəm. Heç bir məbləği mənimsəməmişəm. Sadəcə bayramda, toya gedəndə rəis 100-200 manat verirdi, bu da mükafat idi".
Prosesə BTRİB-in hazırda həbsdə olan keçmiş sədri Beytulla Hüseynov şahid qismində ifadə verib.
O, uzun müddət rabitə sahəsində işlədiyini və bir çox mükafatlara layiq görüldüyünü deyib:
"Gördüyümüz işlər də dövlət proqramına salınan işlərdir. Nazirliyin tapşırdığı işləri görmüşük. Hamı bilir ki, Azərbaycanda paket sistemi var, hamıya da verilib. Tenderlər üçün lazım olan məbləğin 20-25 faiz şişirdilməsini mən yox, nazirlik qovşaq rəislərinə tapşırırdı".
BTRIB-in həbsə olan sabiq baş mühasibiA nar Mustafayev də şahid qismində ifadə verib.
O, deyib ki, rəhbərliyin tapşırığı nə olubsa, həmin işi də icra ediblər: "Mən nə Fətullah Seyidova, nə də Rəşad Məmmədova pul vermişəm. Təmir-tikinti şirkətləri ilə danışıqları biz özümüz həll edirdik, bundan qovşaq rəislərinin xəbəri yox idi".
Hazırda həbsdə olan, "3 nömrəli Rabitə Təmir Tikinti", "Rabitə Mülki Tikinti" MMC-lərinin sabiq direktoru Emin Məmmədov təqsirləndirilən şəxslərdən yalnız F.Seyidovu tanıdığını deyib:
"Qovşaqlar üçün tikinti işləri görürdük, lazım olan pulu 5-10 faiz artırırdıq. Bu da öz xərcimiz üçün idi".
Daha sonra şahid qismində "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin sabiq direktoru Bayram Vəliyev, Qulu Namazov, Yaşar Nəzərəliyev və digərləri ifadə veriblər.
Məhkəmə prosesi oktyabrın 6-da davam etdiriləcək.
qafqazinfo
Putin Prezident İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun fəaliyyəti: elmi liderlik, innovativ islahatlar və dayanıqlı inkişaf yolu
Göyçayda avtoxuliqanlıq edən sürücü saxlanılıb
Xocalı rayonunun Daşbulaq kəndinə köç olub
Şuşa ilə bağlı Tədbirlər Planı təsdiqlənib
Gəncədə tanınmış vəkil saxlanılıb
"Sputnik Azərbaycan"ın şef redaktoru ev dustaqlığına buraxıldı - Məhkəmə qərar verdi
Sürücüdən tutmuş bu vəzifəli şəxslərə qədər... - İcra başçısı xeyli vəzifəli şəxsi yola saldı, yeni təyinatlara imza atdı
Deputatlar arasında gərginlik - Araya spiker girdi
Dövlət Agentliyinə 2 milyon manat ayrılıb - Sərəncam
Bakı Gəmirqayırma Zavodu daha 6 il müddətinə vergidən azad olunacaq
Teatrn rejissorunu yataqxanadan çıxarıblar - Açıqlama
EMİN ƏMRULLAYEVLƏ BAĞLI MÜDHİŞ PLAN: nazir görün necə yola salınır... - Növbədə təhsilin iki "ağırçəkili top"u da var
Deputat MM-də: "Dabaq nadir hallarda insana keçə bilər"
Sabah rayonlara yağış yağacaq - Proqnoz
Apellyasiya Məhkəmələrinə yeni hakimlər təyin olundu - SİYAHI
Deputatlar daha bir qanuna "hə" deyiblər
"Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib" - REAL TV-nin məsul əməkdaşından açıqlamalar
Azərbaycana 14 kq-dan çox narkotik keçirmək istəyiblər
"İmperiya varislərinin Bakı-İrəvan barışını alqışlamaması təəccüblü deyil’ - Zahid Oruc yazır
Xocalının Seyidbəyli kəndinə növbəti köç olub
"Nəticədə məhsuldarlıq azalıb, məhsulun keyfiyyəti pisləşib" - Deputat Zaqatalanı bürüyən böcəklərə qarşı tədbirsizlikdən gileylənib
"Neft hasilatı azalır, manatın məzənnəsi..." - Əkrəm Həsənov
“AzInTelecom” MMC-də "toplananlar"ın yerləri dəyişir, ancaq...
Milli Məclisin iclası başlayıb
Keçmiş Komitə sədrinin bacanağı qadını döyüb? - TƏBİB direktoru müdafiə etdi, bəs o birilər? (VİDEO)
İnam Kərimov: "Ədalət yalnız bir yerdə və ya bir qurumda cəmlənmir"
Maduro Trampın onu devirmək istədyini deyir: "Hər gün təhdid olunuruq, psixoloji müharibədəyik"
"Xoş oldu ki, Taleh müəllim də eyni mövqedədir" - Natiq Cəfərli Mərkəzi Bankdakı görüşdən danışdı
ABŞ Çini məhkəməyə verməyə hazırlaşır - Ticarət anlaşmalarına görə
Ağ Evdən açıqlama: "Trampın Putinlə görüş ehtimalı az da olsa, var"
Dövlət Komitəsinin Aparat rəhbəri vəfat edib
"Mənə yaxın icra başçıları yaxınlaşıb deyirdilər ki..." - Məşhur YAP-çı Ramiz Mehdiyevlə bağlı yeni faktları sadaladı
İlham Rəhimovla Rəbiyyət Aslanovanın keçmişdəki "tarixi toy"u... - Elə iddialar var ki...
Növbəti 4 həftə bu bürclər üçün dönüş nöqtəsi olacaq
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hava limanında türkiyəli məşhur müğənninin çantası oğurlandı: "Pasportum, hər şeyim getdi..."
İKİ NƏHƏNG ÖLKƏNİN LİDERLƏRİ BİR ARAYA GƏLİR - Bu taixdə
Konfrans Liqası: Arda Turanın komandası uduzdu - NƏTİCƏLƏR
İzmirdə sel yaranıb - Bir nəfər itkin düşüb (VİDEO)
Türkiyədə zəlzələ oldu - 4 bal gücündə
"Fənərbağça" "Ştutqart"ı məğlub etdi - Ardıcıl 2-ci Avropa Liqası qələbəsi qazanıldı
Leyla Əliyeva və Arzu Əliyeva "Eşqi-nur" sərgisini ziyarət ediblər
TFF iki klubu cəzalandıracaq