DUI Sədrlər Şurasının növbəti toplantısında bir sıra qərarlar qəbul olunub

img

03-05-2010 [06:12]


Bu gün tarixində KXCP-nin mənzil-qəragahında Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda bir sıra qərarlar qəbul olunub. 3 may Türkçülük Günü münasibəti ilə DUİ Sədrlər Şurası dünya türklərini və türk milliyyətçilərini təbrik edir. 1944-cü ildə türkçülər üzərində qurulan məhkəməyə etirazını bildirən nümayışçilərin tarixi fədakarlığı qarşısında baş əyir və türk millətinin haqqları uğrunda mübarizəsinin yaxın zamanda zəfərlə sonuclanacağına əminliyini bir daha vurğulayır. DUİ Sədrlər Şurası Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edir, hakimiyyətin azad mətbuata qarşı basqılarını pisləyir, Emin Milli və Adnan Hacızadənin, Eynulla Fətullayevin azad edilməsini, mərhum yurnalist Elmar Hüseynovun qatillərinin tapılaraq cəzalandırılmasını tələb edir. 2009-cu il aprel ayının 30-da Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktı nəticəsində baş vermiş faciənin ildönümünə həsr olunmuş aksiyada iştirakçılara, xüsusilə də gənclərə qarşı iqtidarın zor tətbiq etməsini pisləyir, aksiya zamanı həbs olunanların azadlığa buraxılmasını tələb edir. DUİ Sədrlər Şurası hakimiyyətin aqressiv davranışını gəncliyin kütləvi etiraz cəhdlərindən ehtiyatlanması kimi qiymətləndirir. DUİ müxalifətin birliyi üçün səy göstərdiyi və güzəştlərə getdiyi bir zamanda təəssüflər olsun ki, ?Azadlıq? qəzeti birlik istiqamətindəki fəaliyyəti aşağılamaq xətti yürüdür. DUİ-yə daxil olan partiya sədrlərinə böhtan atır. DUİ Sədrlər Şurası belə mövqeyin müxalifətin birliyinə və milli maraqlara zərbə kimi qiymətləndirir, bu səyləri pisləyir, sözügedən qəzeti müxalifətdaxili həssas dönəmdə sifarışlərə uymayaraq obyektiv mövqe tutmağa çağırır. DUİ SŞ-sı Seçki Qərargahının formalaşdırılması istiqamətində qərarlar qəbul edib. Əhməq Oruc SQ-nın sədri, Pənah Hüseyn sədr müavini seçilib. DUİ SŞ-nın müxalifətin birliyi istiqamətindəki danışıqları davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA