Aydınlar Partiyası gənclərin aksiyasının dağıdılmasını və jurnalistlərə qarzı təzyiqləri pisləyir

img

01-05-2010 [01:18]


Azərbaycan Dövlət Neft Akademiyyasında kütləvi insan tələfatı ilə nəticələnən faciəli hadisənin anım mərasimini qeyd etməyə çıxan gənclərin və tələbələrin polisin zorakılığı ilə dağıdılması Aydınlar Partiyası tərəfindən narazılıqla qarşılanıb. Aydınlar Partiyası bununla bağlı bəyanat hazırlayıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda qeyd olunur ui, faciə qurbanlarını yad etmək istəyən vətəndaşların hüquqlarının kobud şəkildə pozulması, onlara qarşı qeyri-insani rəftar, həmçinin, əsassız olaraq həbslərin aparılması etiraz doğurmaya bilməz. Aydınlar Partiyası xatırladır ki, beynəlxalq konvensiyalara və Ana Yasanın 49-cu maddəsinə uyğun olaraq hər bir kəsin sərbəst toplaşmaq hüququ tanınır. Eyni zamanda hüquq mühafizə orqanlarının dinc aksiya iştirakçılarına həddindən artıq güc tədbiqi məqbul sayılmır. Partiya hesab edir ki, hüquq və azadlıqlar məhdudlaşdırılmamalı, götürülən öhtəliklər yerinə yetirilməli və ölkə əhalisinin təhlükəsizliyini təmin edilməlidir. Partiya anım mərasimini qeyd etmək istəyən gənclərin və tələbələrin tədbirinə qanunsuz və kobud müdaxiləni qətiyyətlə pisləyərək, həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edir. Bundan əlavə, Aydınlar Partiyası aksiyada jurnalistlərə qarşı zorakılığı da pisləyib. Partiya hesab edir ki, jurnalistlərə qarşı bu cür addımlar söz və mətbuat azadlığının məhdudlaşdırılması deməkdir. Bu səbəbdən də aksiyalarda jurnalistlərin fəaliyyətinə mano olmaq yolverilməzdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA