Hacıbala Abutalıbova şok ittiham - "Oğlu vəhabiləri maliyyələşdirir"

img

29-09-2016 [11:48]


"Global Risk İnsight" analitik agentliyi Azərbaycanda sentyabrın 26-da keçirilən referendumla bağlı geniş yazısında Azərbaycanda gizli müxalifətin olduğunu iddia edib. Beynəlxalq analitik agentliyin bu iddiasi nə dərəcədə doğrudur? Əgər bu iddiada həqiqət varsa, gizli müxalifət kimlərdən oluşa bilər?

Bu mövzu ilə bağlı pia.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə müraciət edib. 
Azərbaycanda gizli təşkilatın olduğunu bildirən Hafiz Hacıyevə görə, "Global Risk İnsight” analitik agentliyinin iddia etdiyi analiz həqiqətə uyğundur: 
2014-12-16-17-11-05hafizn.jpg (960×640)

"Əlbəttə ki, beynəlxalq təşkilatların və dünya agentliklərinin Azərbaycanda apardıqları müşahidələrə əsasən verdikləri məlumatlar düzgündür. Azərbaycanın daxilində, həm də xaricdə olan qüvvələrdən ibarət olan gizli müxalifət var. Bizim partiyamız da müxalifət sayılır. Ancaq biz millətimizə sadiq olan müxalifətik. Azərbaycanda ermənilərə və xarici qüvvələrə işləyən müxalifətin kimlərdən ibarət olduğu bəllidir. Onlardan fərqli olaraq biz ölkəmizdə olan neqativ amilləri xaricə satmırıq. Azərbaycanı çox böyük təlatümlər gözləyir və biz buna hazır olmalıyıq. Mən şəxsən prezidentimizi bu təlatümlərdən qorumaq üçün onun ətrafında olan pis insanların iç üzünü açıb ortaya qoyuram. Bu gün hakimiyyətdə təmsil olunan insanların bir hissəsi Milli Şurada da təmsil olunur. Məsələn, nazirlər, nazirin kürəkənləri Avropada, Qərbdə Azərbaycanın əksinə böyük işlər aparırlar. Bu insanlar müxalifətlə əlbir olan satqın insanlardılar. Ona görə də çox ciddi şəkildə axsamalarımız olur. Beynəlxalq təşkilatlar çox gözəl bilirlər ki, hakimiyyətin daxilində prezidentimizi istəməyən qüvvələr çoxdur. Onlar bu gün də ustalıqla işləyirlər. Onlar dini cərəyanlara və radikal qruplara böyük pullar buraxırlar. Məsələn, Hacıbala Abutalıbovun oğlu vəhabiləri maliyyələşdirir. Eyni zamanda Heydər Əsədov bu gün müxalifətlə gizli işbirliyindədir. Fikrimcə, yaxın zamanlarda onların əksəriyyəti hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacaqlar”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA