Avropa İttifaqı referendumla bağlı açıqlama yaydı – Bəyanat

img

28-09-2016 [18:41]


Avropa İttifaqı (Aİ) Azərbaycanı Venesiya Komissiyasının konstitusiyaya dəyişikliklərlə bağlı rəyini nəzərə almağa çağırır.

Bu barədə Aİ-nin Azərbaycanda keçirilən referendumla bağlı açıqlamasında deyilir.

Açıqlamada deyilir ki, AŞPA-nın qiymətləndirmə missiyasının ilkin açıqlamasına görə, əhalinin əksəriyyəti sakit şəraitdə keçirilmiş referendumda irəli sürülmüş 29 dəyişikliyin lehinə səs verib: "Əvvəlcədən parlamentdə gedən debatlar zamanı bəzi çatışmazlıqlar qeydə alınıb".

Avropa İttifaqı Azərbaycanı konstitusiya dəyişiklikləri layihəsinin həyata keçirilməsi zamanı Venesiya Komissiyasının rəyini  nəzərə almağa çağırır: "Avropa İttifaqı  bu və digər vacib məsələlərdə Azərbaycanla dialoq aparmağa davam edəcək”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA