Qubada zəncirvari yol qəzası - Yaralananlar var

img

28-09-2016 [20:33]


Sentyabrın 28-də Quba rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba yolunun Quba rayonu Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xaçmaz rayon sakini Ayaz Xankişiyevin idarə etdiyi "VAZ-21099" markalı avtomobil Bakı şəhər sakini Afiq Abdullayevin idarə etdiyi "İveco” markalı yük maşınına çırpılıb. Bunun ardınca minik avtomobili Quba sakini Kamal Həsənovun idarə etdiyi "Volkswagen" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-21099" markalı avtomobilin sürücüsü Ayaz Xankişiyev və sərnişin 21 yaşlı Dövlət Xankişiyev xəsarət alıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır(azərtac).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA