Müdafiə nazirinin sabiq müavini həbsdən buraxılmadı – Hakim şikayəti rədd edib

img

28-09-2016 [17:29]


Sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun birinci instansiya məhkəməsinin hökmdən verdiyi şikayəti üzrə proses başlayıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Mehman Səlimovun şikayəti təmin edilməyib(Lent.az).

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Bu il aprel ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan M.Səlimov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA