BAXCP idarə Heyəti Ali Məclisin çağırılmasıyla bağlı qərar qəbul edib

img

03-05-2010 [04:48]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. BAXCP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iclasda ictimai-siyasi və qərarların icra vəziyyəti, 2010-cu ilin payızında keçiriləcək parlament seçkilərinə hazırlıq müzakirə olunub. İdarə Heyəti eyni zamanda, mayın 8-də partiyanın Ali Məclisinin çağırılmasıyla bağlı qərar qəbul edib. Ali Məclisin gündəliyinə ölkədəki ictimai-siyasi vəziyyət, parlament seçkilərinə hazırlıq və cari məsələlərin müzakirəsi salınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA