Mayis Güləliyevin partiyasına alternativ Yazıllar Partiyası yaradılıb

img

30-04-2010 [03:33]


Yeni Azərbaycan Yaşıllar Partiyası yaradılıb. Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Təsis Qurultayı da keçirilib. Digər Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev isə hakimiyyət tərəfindən belə bir partiyanın yaradılmasını həm müsbət, həm mənfi qiymətləndirir. M.Güləliyvein sözlərinə görə, əgər bu partiya ?yaşıl? ideyanı təbliğ edəjəklərsə və bu istiqamətdə hakimiyyəğin dəstəyindən istifadə edəcəklərsə, bu müsbət olacaq: ?Amma bir şeyi də qeyd etmək istəyirəm ki, bu, hakimiyyətin bizə qarşı olan mövqeyi ilə bağlıdır. Neçə ildir ki, qeydiyyatdan keçmək üçün müraciət etmişik, amma hələ də müsbət cavab almamışıq. Düşünürəm ki, hakimiyyətə qarşı mövqeyimiz bizim qeydiyyat məsələmizin həll olunmasına imkan verməyib. Əgər bu yeni yaradılan partiya hakimiyyəti bir ruporu olajaqsa, ?yaşıl? idealogiyasını təmsil etməyəcək, mənfi tendensiyadır. Mən arzulayardım ki, belə olmasın?. M.Gülliyev onu da qeyd edib ki, əgər yeni yaradılan Yaşıllar Partiyası qeydiyyatdan keçərsə, onlar öz qurumlarının adında dəyişiklik edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA