Maştağadakı aptekdə narkotik tərkibli həb aşkarlandı - Əməliyyat

img

28-09-2016 [13:58]


Maştağada aptekdə güclü təsiredici dərman preparatları satan qadın saxlanılıb. 

Mia.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsinin ərazisində qəsəbə sakini Elnarə Hüseynova satıcı işlədiyi aptekdə güclü təsiredici maddə olan 5 ədəd "Pregabalin” kapsulasını satarkən saxlanılıb.

Aptekə baxış zamanı güclü təsiredici maddə olan 306 ədəd "Tramadol”, 3 ədəd "Pregabalin” kapsulaları, 20 ədəd "Zapicione” həbi, 5 ədəd "Tramadol”, 7 ədəd "Tramaklosidol” ineksiyaları, psixotrop maddə olan 780 ədəd "Fenadiazepin”, 2075 ədəd "Haloperidol”, 150 ədəd "Depakine chrono”, 60 ədəd "Respilon” həbləri, 30 ədəd "Haloperidol”, 24 ədəd "Haloperidol-decanoate”, 70 ədəd "Amitriptylline hydrochlorido” və 19 ədəd "Moditen depo” ineksiyaları aşkar edilərək götürülüb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA