27-09-2016 [16:54]
Rusiyanın ötən şənbə Suriyanın Hələb şəhərinin ətrafında "Solntsepyok” TOS-M1 ağır reaktiv odsaçan sistemlərindən istifadə etməsi ağır ittihamlarla üzləşdi.
Publika.az xəbər verir ki, Qərb KİV-inin yazdığına görə, dünya liderləri və BMT-nin baş katibi "barbarlığı” ittiham etdilər.
"Bəşər Əsədin tərəfdarları olan Rusiya və İran hökumət gücləri və müxalifət qüvvələri arasında bölünən Hələbi almağa kömək edirlər. Bu, rejimin strateji və əhəmiyyətli siyasi qələbəsi olardı. Əgər hücum əvvəlki kimi dağıdıcı şəkildə davam edərsə, bu, müharibənin ən qorxunc döyüşlərindən biri olacaq. Son hücum göstərir ki, Moskva sülh müqaviləsinin canlanmasında maraqlı deyil”, - "The Financial Times”in məqaləsində deyilir.
Hələbdən şəkilən son videomateriallar insanların ağır bombardmandan sonra dağıntıların altında qaldığını göstərir. İnsanlar sağ qalanları dağıntıların altından çıxarmağa çalışır. Şəhərdə qalan həkimlər xəstəxanaların və yaralıların şəklini paylaşaraq yardım üçün yalvarırlar. Üstü qanlı insanlar dəhlizlərdə uzanır, yaralı uşaqlar birbaşa döşəmənin üzərində müalicə olunurlar.
Bəşər Əsəd rejimi və Rusiyanın bombardmançılarının zərbələri nəticəsində Hələb və ətraf ərazilərdə yerli həkimlərin məlumatına görə, 210-dan çox insan həlak olub. BMT-nin baş katibi Pan Gi Mun münaqişənin bütün tərəflərini "dəhşət”ə son qoymağa çağırıb və Hələbdə baş verənləri "barbarlıq” adlandırıb.
"The Times” yazır ki, Suriya və Rusiya hərbi təyyarələri mühasirəyə alınmış Hələbə "bunkerləri dağıdan” adı alan bombaları atırlar. Bununla da Dəməşq rejiminə final quru əməliyyatı üçün meydan hazırlanır. Dünya liderləri Rusiyanın bu taktikasını ittiham ediblər.
Böyük Britaniya, Fransa və ABŞ-ın səlahiyyətli nümayəndələri Əsədin yeni hücumuna etiraz edərək BMT Təhlükəsizlik Şurasının iclasını tərk etdilər. "Ancaq anlaşılmaz olaraq qalır ki, Qərb Rusiya və Suriya güclərinin ipini necə çəkəcək? - "The Times”də gedən yazının müəllif qeyd edir.
Analitiklərin fikrincə, Suriya rejimi və Rusiya Hələbdəki müxalifəti və dinc əhalini aclıq çəkməyə məcbur etmək istəyir. Ötən həftə Hələbə gedən humanitar karvanın bombalanması da bunu deməyə əsas verir.
Amma "Fastakim” müxalifət briqadasının nümayəndəsi Zəkəriyyə Malaxifci bildirib ki, onların iradəsi möhkəmdir.
"Burada heç kim Hələbin itiriləcəyinə inanmır. Biz optimist əhval-ruhiyyədəyik və müxalifət güclərinə inanırıq. Amma humanitar vəziyyət tamamilə faciəlidir. Bombardmanlardan sonra heç nə qalmır”, - Hələb sakini Şərif Damalxi deyib.
Bildirilir ki, Rusiya hərbi strateqləri "nüvə silahından yalnız bir pillə daha zəif” hesab edilən "Solntsepyok” TOS-M1-dən istifadə etməklə müxalifətin əsas qalasını almağı planlaşdırır. Bu silaha "cəhənnəm alovu” da deyirlər. Qərb diplomatlarının sözlərinə görə, bu silahın Hələbdə olmasına kifayət qədər əmindirlər. "Faktiki olaraq, bu, nüvə silahından bir pillə daha zəif və böyük odsaçandır”, - anonim qərb diplomatı deyib.
Suriyada Qurban bayramından əvvəl əldə olunan atəşkəs BMT-nin humanitar karvanına hücumdan sonra kəsildi. Vaşinqton humanitar karvana hücumda Moskvanı ittiham edib, amma Rusiya ittihamları qəbul etməyib.
"İndi biz görürük ki, humanitar karvanına hücumda Rusiya tərəfinin iştirakına dair ən dəqiq elementlər var”, - qərb diplomatı deyib.
KİV bildirir ki, bu ayın əvvəlində dərc edilmiş fotoda "Solntsepyok” TOS-M1 sistemi təsvir edilib. İstefaya çıxan Amerika hərbçisi "The Times” bildirib ki, bu silahın tətbiqi hərbi cinayətdir. "TOS-1A dağıdıcı silahdır. Onu mülki şəxslərə qarşı işlətmək hərbi cinayətdir. Bu şərait Putin və ya Əsədlə sülh razılaşmasına cəhdin sadəlövh dəlilik olduğunu göstərir”, - o, əlavə edib.
Qərb KİV-i yazır ki, Rusiya Suriya macərasının hesabına özünün superdövlət ambisiyalarını təmin edə bilməyib.
Jurnalist Maks Fişer yazır ki, ötən ilin sentyabrındakı və indiki xəritəni müqayisə etsək, Suriyada cəbhə xətlərinin praktik olaraq dəyişmədiyi görünür: "Müdaxilə Rusiyaya öz maraqlarını qorumağa və Suriyada cəbhə xətlərini möhkəmləndirməyə kömək etdi. Amma yüzlərlə aviazərbə, minlərlə qurban və aylarla davam edən danışıqlar Rusiyanın xeyrinə gözəçarpan irəliləyişə gətirib çıxarmayıb. Müharibədə pat vəziyyəti yaranıb, həm də əsas ərazilər üsyançıların nəzarəti altındadır. Putin Suriya üzrə danışıqlar stolunda Moskva üçün zəmanətli yer qazanmağı bacardı. Amma o, qərb hökumətlərinə Suriya vasitəsilə təsir etməyi bacarmadı. Qərb əvvəlki kimi iqtisadi sanksiyaları uzadır. Kreml liderinin Yaxın Şərq macərası Rusiya ictimaiyyətini birləşdirmədi. Putin ümid edirdi ki, Suriyadakı vəziyyətdən istifadə edə biləcək və Rusiyaya yenidən böyük dövlət kimi hörmət etməli lazım olduğunu sübut edəcək”.
Putin ötən il terrorçuluğa qarşı ümumi koalisiyanın yaradılmasını təklif edib. Analitiklər bildirir ki, o, sanksiyaların ləğvi üçün böyük sazişə nail olmağa çalışırdı.
Praqa Beynəlxalq Münasibətlər İnstitutunda işləyən Rusiya üzrə ekspert Mark Qaleotti hesab edir ki, öz ölkələrini "təcavüzkar və qüdrətli Birləşmiş Ştatların mühasirəsində” olduğunu düşünən rusiyalılar hakimiyyət tərəfindən qorxudulub. Eyni zamanda onların fikrincə, bu qorxu amansız faktlara qismən əsaslanır: "Rusiya liderləri çox yaxşı bilirlər ki, onlar təcrid edilib və ölkə iqtisadiyyatının həcmi azalıb. Bəzi hesablamalara görə, İspaniyadan da aşağıdır”.
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Cozef Danfordun sözlərinə görə, Suriyada Rusiya tərəfi ilə kəşfiyyat məlumatlarının mübadiləsi yaxşı ideya deyil. Hər iki tərəf ehtiyat edir ki, hərbi informasiyaların mübadiləsi kəşfiyyat xidmətləri üçün güclü riski yaradır.
Rusiya hərbi dairələri isə Suriyanın şimalında uçuşa qadağan bölgənin yaradılmasına dair ABŞ-ın dövlət katibi Con Kerrinin təklifini lağa qoydular. Kerrinin təklifi humanitar yardımların çatdırılmasını asanlaşdırmağa xidmət edirdi.
DÇ-2026: Türkiyə millisi qalib gəldi
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL