FHN "Günəşli"yə 9 gəmi göndərdi - YENİLƏNİB

img

26-09-2016 [15:44]


"Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürünün meydana çıxması ilə əlaqədar təhlükənin qarşısının alınması üçün bütün texniki tədbirlə görülüb. Prosesin özüldəki başqa quyulara təsir etməməsi üçün digər quyuların hamısı bağlanıb.

Bu barədə SOCAR-dan bildirilib. Məlumatda qeyd olunur ki, mütəxəssislər və hadisənin lokallaşdırılması üçün lazım olan şəxslər orada saxlanılıb, qalan işçilər isə təxliyə olunub. "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və FHN-in gəmiləri hadisə yerinə cəlb olunub. 

Hazırda hadisənin qarşısının alınması üçün ərazidə 9 gəmi iş aparır. Qaz təzahürünün qarşısı hələlik alınmayıb, tədbirlər davam etdirilir. Ehtiyac olarsa, əlavə gəmilər də göndəriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA