11-ci sinif şagirdi qaçırılan məktəbin direktoru danişdi: "Məktəbdən çıxandan sonra..."

img

25-09-2016 [13:45]


Sumqayıt şəhərində məktəbli qız qaçırılıb.

Mia.az avropa.info-ya istinadən məlumatına görə, Sumqayıt şəhərində 9 saylı orta məktəbin 11-ci sinif şagirdi olan qızı qaçırıblar. Sayt yazır ki, baş verən hadisəylə bağlı həmin məktəbin direktoru Bəhruz Səlimxanov Sumqayıt Şəhər Polis İdarəsinə aparılıb.

Direktor özü isə xeberle.com-a belə bir faktın olduğunu təsdiqləyib. Lakin o, hadisənin məktəbdə deyil, dərs bitəndən sonra baş verdiyini deyib. B.Səlimxanov hadisəylə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə aparılması ilə bağlı yayılan məlumatları isə təkzib edib: "Belə bir hadisə olub. Amma dərs bitəndən sonra. Həmin şagird məktəbdən çıxandan sonra qaçırılıb. Mənim polisə aparılmağımla bağlı məlumat isə tamamilə yalandır. Hazırda iş başındayam", - direktor bildirib.

Direktor qaçırılan şagirdin adını açıqlasa da, etik baxımdan məktəblinin ad və soyadını vermirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA