"Siqan" ləqəbli vorzakon Azərbaycana göndərildi - 21 il cəza alıb(FOTO)

img

23-09-2016 [16:02]


Rusiyadan Azərbaycana ekstradisiya olunan criminal avtoritete Bakıda hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Elmir Məmmədov qətl və digər cinayətlərdə təqsirli bilinir.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində E.məmmədovun cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsi məsələsinə baxılır.

Bu ilin əvvələrində Azərbaycana ekstradisiya olunana criminal avtoritet Rusiyada qətl və digər cinayətlər törətməkdə təqsirləndirilir.

O, törətdiyi cinayət əməllərinə görə Rusiya Federasiyasında 21 il müddətinə azadlıqdan məhrum edilib.

Kriminal aləmdə "Siqan” ləqəbi ilə tanınan E.Məmmədovun növbəti məhkəmə prosesi sentyabrın 30-na təyin edilib.

E.Məmmədov qəsdən adam öldürməkdə, qanunsuz olaraq silah gəzdirməkdə təqsirləndirilir.
'Siqan' ləqəbli avtoritet Azərbaycana göndərildi- 21 il cəza alıb

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA