ADP-çi gənc 10 sutka həbs cəzası alıb, digərləri cərimələnib

img

01-05-2010 [08:29]


Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının binası qarşısında terror qurbanlarının anma mərasimi ilə bağlı keçirdikləri aksiya zamanı ADP Gənclər Təşkilatının sədri Vüsal Əliyev, sədr müavini Cəmil Hacıyev, təşkilatın aktivləri Kamal Hüseynov, Orxan Hüseynov, Niyazi Qurbanov, Osman Əhmədov, Ramal Əsgərov və Cavid Əsgərov aktiv şəkildə iştirak edib. ADP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, aksiyanı dinc şəkildə davam etdirmək istəyən gənclərə hüquq-mühafizə orqanları tərəfindən imkan verilməmiş, nəticədə polis və mülki geyimli şəxslərlə aksiya iştirakçıları arasında qarşıdurma baş verib. Qarşıdurma zamanı bir çox aksiya iştirakçıları, o cümlədən yuxarıda adları qeyd olunan ADP-çi gənjlər də polis və mülki geyimli şəxslərin zorakılığına məruz qalıb. Belə ki, ADP Gənclər Təşkilatının sədri V.Əliyev, ADP-çi gənc O.Hüseynov, N.Qurbanov polis əməkdaşları tərəfindən zorakılıqlara məruz qalmış və aksiya yerindən uzaqlaşdırılmışdır. ADP Gənjlər Təşkilatının sədr müavini C.Hacıyev və ADP-çi gənc K.Hüseynov isə polis və mülki geyimli şəxslər tərəfindən vəhşicəsinə döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar zorakılıqla maşına otuzdurularaq Nəsimi Rayon Polis İdarəsinə aparılıb. C.Hacıyev və K.Hüseynov 5 saata yaxın həmin idarədə qeyri-qanuni olaraq ac və sussuz saxlanılmış, onlar həmin idarədə də polis əməkdaşları tərəfindən döyülmüş, təqib və təzyiqlərə məruz qalmış, axşam saatlarında isə onlar Nəsimi Rayon Məhkəməsinə aparılmışdır. İş vaxtı qurtarmasına baxmayaraq onlar saat 20.00 radələrinə kimi məhkəmədə saxlanılmış və Nəsimi Rayon Məhkəməsinin saxta və qondarma ittihamları əsasında C.Hacıyev 10 sutka inzibati qaydada həbs olunmuş, K.Hüseynov isə 25 manat məbləğində cərimə olunmuşdur. C.Hacıyev hal-hazırda Binəqədi rayonundakı müvvəqqəti saxlanma təcridxanasında saxlanılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA