Azərbaycanda rəis yol qəzasına düşdü - Video

img

23-09-2016 [10:07]


Ötən gün axşam saatlarında Lənkəran-Lerik yolunun Qurunba kəndi ərazisində yol qəzası baş verib.

Mia.az Report-a istinadən xəbər verir ki, Lənkəranda baş verən yol qəzasında Lerik Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinə aid iki avtomaşın toqquşub.

Əks istiqamətlərdə hərəkətdə olan "Hundai" və "Fiat" markalı avtomobillərin toqquşması zamanı ciddi xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Polis əməkdaşı olan Lerik rayonu Günəşli kənd sakini Samir Hüseynovun idarə etdiyi avtomaşında qəza zamanı Post Patrul Xidmətinin rəisi, Lənkəran sakini Rusif Canməmmədov da olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA