Kəbirə Məmmədova dələduzluqda ittiham olunur - 46 min dolları ələ keçirib

img

22-09-2016 [17:16]


Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova dələduzluqda ittiham olunur.

Xəzər rayonu, Mərdəkan qəsəbə sakini Bayram Qurbanov Xəzər Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək K.Məmmədovanın dələduzluq yolu ilə onun 46 min ABŞ dolları pulunu ələ keçirdiyini bildirib.

Faktla bağlı Xəzər RPİ-də araşdırma aparılır.

Binə Ticarət Mərkəzinin hüquqşünası Fuad Cəfərov açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib. Lakin o, K.Məmmədovanın heç kimdən pul almadığını deyib: "Əksinə, Kəbirə xanım daim xeyriyyəçilik əməlləri ilə məşğul olub. Yəni, o çox adama pul verib, lakin heç kimdən pul almayıb”.
Report.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA