Azərbaycanda qadın ot tayasını yandıraraq - Özünü oda atdı

img

21-09-2016 [21:33]


Göyçay rayonunda intihara cəhd olub.

Mia.az-ın apa-ya istinadən xəbərinə görə, hadisə bu gün Göyçayın Bığır kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Salmanova Roza Eynulla qızı yaşadığı evin həyətindəki ot tayasını yandırıb. Qadın özünü odun içinə ataraq öldürmək istəyib.

Roza Salmanova ağır yanıq xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda qadının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA