AMiP beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətinə qarzı çıxmağa çağırıb

img

30-04-2010 [06:00]


Bu gün ötən il Azərbaycan Dövlət Neft Akademiyyasında kütləvi insan tələfatı ilə nəticələnən faciəli hadisənin anım mərasimini qeyd etməyə çıxan gənclərin və tələbələrin polisin zorakılığı ilə dağıdılması AMİP tərəfindən hiddətlə qarşılanıb. AMİP bununla bağlı bəyanat hazırlayıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda qeyd olunur ui, faciə qurbanlarını yad etmək istəyən vətəndaşların hüquqlarının kobud şəkildə pozulması, onlara qarşı qeyri-insani rəftar, həmçinin, əsassız olaraq həbslərin aparılması etiraz doğurmaya bilməz. Azərbaycan Milli İstiqlal Partiyası hakimiyyətə bir daha xatırladır ki, beynəlxalq konvensiyalara və Ana Yasanın 49-cu maddəsinə uyğun olaraq hər bir kəsin sərbəst toplaşmaq hüququ tanınır. Eyni zamanda hüquq mühafizə orqanlarının dinc aksiya iştirakçılarına həddindən artıq güc tədbiqi məqbul sayılmır. Partiya hesab edir ki, siyasi hakimiyyət hüquq və azadlıqları məhdudlaşdırmamalı, üzərinə götürdüyü öhtəlikləri yerinə yetirməli və ölkə əhalisinin təhlükəsizliyini təmin etməlidir. Partiya anım mərasimini qeyd etmək istəyən gənclərin və tələbələrin tədbirinə qanunsuz və kobud müdaxiləni qətiyyətlə pisləyərək, həbs olunanların dərhal azadlığa buraxılmasını və aksiya iştirakçılarına qarşı qəddar rəftar edən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir. AMİP dünya birliyini, beynəlxalq ictimayyəti Azərbaycan hakimiyyətinin hamılıqla qəbul olunmuş hüquq normalarına və prinsiplərə əməl etməməsinə və zorakılıq hərəkətlərinə biganə qalmamağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA