DUi müxalifəti parlament seçkilərində vahid siyahı ilə iztiraka çağırdı

img

05-05-2010 [04:19]


Bu gün DUİ Sədrlər Şurasının növbədənkənar toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda parlament seçkilərində müxalifətin birgə iştirakı ilə bağlı məsləhətləşmələrin gedişatı, AXP-nin məsləhətləşmələrdən imtinası, Musavat Partiyasının 21 may mitinqində birgə iştirakla bağlı təklifi müzakirə edilib. DUİ ilə Müsavat Partiyası arasındakı məsləhətləşmələri milli-demokratik düşərgənin 2010-cu il parlament seçkilərində vahid blok şəklində iştirak etməsi istiqamətində mühüm addım kimi qiymətləndirən Sədrlər Şurası AXP-nin məsləhətləşmələrdə iştirakdan imtina etməsindən təssüfləndiyini bildirib. 21 may tarixində keçirilməsi nəzərdə tutulan mitinqlə bağlı Müsavat Partiyasının müraciətinə münasibətini açıqlayan DUİ SŞ aksiyada təşkilat qismində iştirakla bağlı qəbul edib. Bu aksiyanı seçkiöncəsi mühitin demokratikləşdirilməsi, seçkiyə qədər suyasi situasiyanın dəyişdirilməsi yönündə doğru addım hesab edərək, DUİ-Müsavat məsləhətləşmələrinə, qurumlar arasında imzalanmış ?Niyyət Protokolu?na uyğun hərəkət kimi dəyərləndirib. Bu aksıyaların bütün müxalifət düşərgəsinin iştirakı ilə təşkilinin daha effektli olacağını əsas tutaraq bir daha müxalif güc mərkəzlərinin əməkdaşlığının zəruriliyi vurğulanıb. DUİ SŞ parlament seçkilərində vahid siyahı ilə iştiraka çağıran bəyanat qəbul edib. Bəyanatda deyilir: ?DUİ seçkiöncəsi mühitin demokratikləşdirilməsi, seçkilərin demokratik şəraitdə keçirilməsini üçün effektiv mübarizə mühitinin yaradılmasına nail olunması, seçki saxtakarlıqlarının qarşısının alınması, ölkədə siyasi mühitin demokratik qüvvələrin xeyrinə dəyışdirilməsi naminə vahid siyahı ilə iştirakı doğru hesab edir. Sağlam müxalifət qüvvələrini bir daha güclərini və səylərini birləşdirməyə və ümummilli maraqları üstün tutmağa çağırır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA