Tovuzda dəhşətli olay; Gənc qadının başını kəsdilər (VİDEO)

img

20-09-2016 [20:28]


Tovuzda qətl hadisəsi baş verib.

Mia.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon avtovağzalı ərazisində baş verib.

Təxminən 24-35 yaşlarında olan qadının boğazı biçaqla kəsilərək qətlə yetirilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

***

"ARB Kəpəz" xəbər verir ki, hadisə rayon avtovağzalında baş verib. Alakol kənd sakini Aytəkin İbrahimova maşurta minmək istəyərkən, qəfl həyat yoldaşının hucumuna məruz qalıb.Əvvəlcə qadını döyən 31 yaşlı Taleh Hüseynov sonra onu bıçaqlayraq qətlə yetirib.

İki övlad anası olan qadın hadisə yerində dünyasını dəyişib. Taleh Hüseynovla ailəli olan mərhum Aytəkin İbrahimovanın son günlər aralarında problemlər yaşandığı bildirlir. Qeyd edək ki, qətli törədən Taleh Hüseynov bundan öncə bir dəfə ailəli olub. Bir müddət Rusiya Federasiyasında olan Alakol kənd sakini yaşadığı kəndə bir neçə gün öncə gəlibmiş. Qətli törədən 31 yaşlı Taleh Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA