Fatih Terimlə Arda Turan Azərbaycana gəlir

img

30-04-2010 [03:49]


?Fatih Terim mənim dostumdur. ?Qalatasaray?dan ayrılandan sonra Terim məni milli komandaya dəvət etdi və onunla işlədim. ?Qəbələ?dən təkli gələndə də onunla məsləhətləşdim. O, mənə dedi ki, Azərbaycan bizə qardaş ölkədir, get bu ölkənin futbolunun inkişafı üçün çalış?. SPORMIKS-in məlumatına görə, bu sözləri ?Çempion-Azərbaycan? qəzetinə açıqlamasında ?Qəbələ? Futbol Akademiyasının rəhbəri Ali Yavaş deyib. Terimlə bu gün də isti münasibətlərə malik olduğunu bildirən Qəbələ klubunun rəsmisi Türkiyə millisinin sabiq çalışdırıcısının, eləcə də öz yetirmələrindən olan ?Qalatasaray?lı ulduz Arda Turanın ölkəmizə gələcəyini bildirib: ?Terimlə əlaqələrim bu gün də var. Onunla ailəvi dostuq. Eyni zamanda Arda Turanla gözəl münasibətim var. Arda məni görmək üçün bu yay Qəbələyə gələcək. Onu uşaqlarla birgə idmana çıxaracam. Terimlə Ərman Toroğlu da yanıma gələcək. Amma onların səəfəri bu yay baş tutmayacaq. Onları infrastrukturumuz tam hazır olandan sonra Azərbaycana dəvət edəcəm?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA