Bakıda 15 və 16 yaşlı yeniyetmələr 24 yaşlı qızı zorladılar - Evə basqın və iyrənc olay

img

20-09-2016 [15:33]


Ötən gün Bakının Sabunçu rayonunda zorlanma hadisəsi qeydə alınıb.

Mia.az Sputnik-ə istinadən xəbər verir  ki, bu barədə rayon polis idarəsindən bildiriblər. 42-ci polis bölməsinə Maştağa qəsəbəsinin sakini, 24 yaşlı V.A müraciət edib.

Adının açıqlanmasını istəməyən xanım bildirib ki, 19 sentyabr tarixində şəxsi evində 18:00-da iki oğlan tərəfindən zorlanıb.

42-ci polis bölməsinin keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsinin həddi-buluğa çatmamış sakinləri Xəyyam Ağayev (16 yaş) və Siyavuş Ağayev (15 yaş) saxlanılıb.

Məlum olub ki, yeniyetmə oğlanlar zərər çəkmişlə qonşuluqda yaşayıb. Oğlanlar qohum deyil, sadəcə eyni soyada sahibdir. Yeniyetmə oğlanlar tutduqları əməlləri etiraf edib. Oğlanlar iddia edir ki, qız qəsəbədə pis ad qazanıb: "Burada onun haqqında deyirdilər ki, o, yüngül davranır. Ona görə düşündük ki, onunla cinsi əlaqəyə girsək, heç bir problem olmayacaq".

İstintaq zamanı məlum olub ki, cinayətkarlar zərərçəkmişin evinə girib. Yeniyetmələr qızın ailəsinin digər üzvlərinin evdə olmadığını qabaqcadan bilib. Saxlananlar barəsində zorlama fakt üzrə cinayət işi açılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA