Gömrükdə daha bir əməliyyat – Saxlanılan var

img

20-09-2016 [13:35]


Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan əldə edilməsi, idxal edilməsi və satış məqsədilə daşınması barədə əməliyyat məlumatı daxil olub.

Mia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, həmin məlumat əsasında, Biləsuvar şəhəri ərazisində "VAZ 2107” markalı minik avtomobili saxlanılıb və baxış keçirilib.

Baxış zamanı minik avtomobilinin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan müxtəlif markalı cəmi 9600 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA