19-09-2016 [16:45]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Marja" xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, onların ölkə xaricində olması ilə bağlı sənədlər daxil olub və buna görə də prosesdə şahidlərin ifadəsi elan edilib.
Cahangir Hacıyevin vəkili Aqil Lahicov isə buna etiraz etsə də, digər vəkillər və prokuror ifadələrin elan olunmasına etiraz etməyib. Şahid Vüqar Sadıqovun ifadəsi elan olunarkən aydın olub ki, o, "İnter Security" əməkdaşı olub və adına 550 000 manat pul götürülüb. Şahidin istintaqa verdiyi ifadədə pulu görmədiyi və sənədlərə qol çəkdiyi bildirilib. Digər şahid Tərlan İsmayılov ifadəsində Məmməd Cahangirovu əvvəldən tanıdığını deyib: " Başqa bir iş üçün bankda olarkən Məmməd Cahangirov məndən şəxsiyyət vəsiqəmi istədi. Mənim adıma 300 000 manat kredit götürülüb. 2014-cü ilə qədər bu kreditlə bağlı mənə zəng olunmayıb. Amma Məmməd Cahangirov mənə demişdi ki, götürülən kreditlər ödəniləcək".
Prosesdə hal şahidi olmuş Ədalət Muradov isə ifadəsində bildirib ki, Azad Cavadovun bağ evində baxış keçirilən zaman yatağının altından patron və silah götürülüb: "Bunlarla yanaşı evdən qılıncı dəsti və of tüfəngi də aşkarlanıb. Azad Cavadovda orada dedi ki, tapança onun deyil. Ov tüfənginin isə sənədləri olub. Azad Cavadov isə protokola qol çəkməkdən imtina edib".
Maliyyə Bazarlarına Nəzarət Palatasının böyük inspektoru Ayaz Vəliyevin də ifadəsi elan olunub. O ifadəsində Beynəlxalq Bankda fiziki şəxslərin adına verilən kreditlər, eləcədə Cahangir Hacıyevin və yaxınların adına olan külli miqdarda olan kredit kartları vasitəsi ayırılan pulların verilməsi, xərclənməsi, ödənilməsi ilə bağlı yoxlama aparıldığını bildirib: "Lakib yoxlama zamanı kreditlərin ayrılması ilə bağlı qanunvericliyin tələbləri və qaydalarını riayət edilməyib. Bununla bağlı banka külli miqdarda ziyan vurulub".
Vəkil Azər Tağıyev deyib ki, ifadəsi elan olunan şahidlərin məhkəməyə gətirilməsi vacibdir. Təqsirləndirilən İbrahim Hüseynov bildirib ki, istintaqda ifadə verən bir neçə şəxs özünü onun rəhbəri olduğu "İnter Security" şirkətinin əməkdaşı ilə bağlı ifadə versə də, həmin şəxslər orda çalışmayıb. Buna görədə o, onların məhkəməyə çağırılmasını tələb edib. Vəkil Aqil Lahicov MBNP-ın baş inspektorunun dəvət edilməsini istəyib: "Ekspert hüquqi rəy verə bilməz ona görə prosesdə dindirilməlidir".
Hakim bildirib ki, şahidlər gələ bilmədiyi üçün ifadələri elan olunması ilə bağlı qərar qəbul edilib. Prosesdə sənədlərin tədbiqinə başlayıb. Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, "İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.
Günün ikinci yarısında keçirilən prosesdə vəkillər Azər Tağıyev və Aqil Layicov məhkəmə iclasına gəlməyib. Hakim bildirib ki, həmin şəxslər məhkəməyə gəlmədiyi üçün Vəkillər Kollegiyasiyana müraciət ediləcək. Proses sentyabrın 23-nə təxirə salınıb.
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb