19-09-2016 [14:52]
Quba rayonunda Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndələri rayon seçiciləri ilə növbəti görüş keçiriblər.
Mia.az xəbər verir ki, Quba və ətraf rayonların sakinlərinin qatıldığı görüşdə bu ayın 26 sentyabrında ölkəmizdə keçiriləcək referendum və onun əhəmiyyəti barədə çıxışlar edilib, suallar cavablandırılıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili, Referendum üzrə "Vətəndaş Cəmiyyəti" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Səttar Mehbalıyev Azərbaycanda Konstitusiya islahatlarının tarixi və aparılan dəyişikliklərin məzmunu barədə iştirakçılara geniş məlumat verib.
O, bildirib ki, Konstitusiyaya ediləcək dəyişikliklərin əsas məqsədi vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini gücləndirmək,həmçinin dövlətin təhlükəsizliyini daha etibarlı şəkildə qorumaqdır:
"Bundan başqa iqtisadi inkişaf tempinin dinamikliyinin saxlanılması, çevik idarəetmə aparatının yaradılması, struktur islahatlarının sürətləndirilməsi baxımından 26 sentyabrda keçiriləcək Referendum ölkəmiz üçün olduqca vacibdir. Hər bir vətəndaş səsvermədə aktiv iştirakı dövlətimizin daha da güclü olması üçün vacibdir”.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Rufiz Qonaqov isə Konstitusiyaya ediləcək dəyişiklikləri zəruri edən amillər, onun vacibliyi və əhəmiyyəti barədə çıxış edib.
Rufiz Qonaqov bildirib ki, dünyanın qabaqcıl ölkələrində zamanın tələbinə uyğun olaraq konstitusiya islahatları aparılır:
"Dövlətin təhlükəsizliyinin gücləndirilməsi, iqtisadi inkişafın dayanıqlığının təmin edilməsi və insan haqlarının müdafiəsinin gücləndirilməsi üçün hüquqi ishalatların aparılmasına ehtiyac var. Dünyada və regionda cərəyan edən proseslər, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, bunun fonunda Azərbaycana olan diqqətin artması Konstitusiya islahatlarının aparılmasını zəruri edir. Beynəlxalq hüququn subyekti olan Azərbaycan həm siyasi, iqtisadi, həm idman, mədəniyyət, həm də digər sektorlarda dünyada öz sözünü deyir. Bütün sahələr üzrə ölkədə inkişaf müşahidə olunmaqdadır. Dünyada və regionda baş verən proseslər Azərbaycanı konstitusiya islahatları aparmağa vadar edir. İnanıram ki, sentyabrın 26-da keçiriləcək referendum Azərbaycanda yeni bir siyasi düzənin başlanğıcı olacaq və yeni iqtisadi tərəqqinin əsasını qoyacaq”.
Rufiz Qonaqov əminliklə qeyd edib ki, Referendum Azərbaycan xalqının iradəsini bir daha ortaya qoyacaq və ölkəmizin daha da güclü olması üçün xalq 26 sentyabrda səsvermədə aktiv iştirak edəcək: "Referendumda iştirak etmək, ölkənin sabahına, inkişafına töhfə vermək hər kəsin vətəndaşlıq borcudur”.
Milli QHT Forumunun sədri, Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Rauf Zeyni çıxışında bildirdi ki, keçiriləcək Referendumla bağlı vətəndaş cəmiyyətinin üzərinə böyük yük düşür:
"Biz vətəndaş cəmiyyətinin nümayəndələri olaraq konstitusiya islahatlarının əhəmiyyətini, bunun müsbət tərəflərini, dövlətçiliyimizin güclənməsi üçün vacibliyini ictimaiyyətə izah etməli, təbliğatımızı daha gücləndirməli və genişləndirməliyik. Ümumiyyətlə, vətəndaş cəmiyyəti bu referendumda aktiv iştirak etməli, cəmiyyəti bu prosesə cəlb etməlidir. İnanıram ki, bizim gördüyümüz işlər hədər getməyəcək, xalq 26 sentyabrda keçiriləcək seçkilərdə iştirak edərək dövlətçilik mövqeyini ortaya qoyacaqdır”.



"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib